Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən N. Ağabəyov ifadə verib.
O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Proses yanvarın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Onu da qeyd edək ki, N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.