Ağstafada 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Ağstafada 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 06 avqust 2016 14:04 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada güclü küləyin qırdığı ağac 9 yaşlı uşağın başına düşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Eynallı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Əsmər Şəmşir qızı Nəsibova ötən gün axşam saatlarında atası ilə yol gedərkən güclü külək əsməyə başlayıb. Külək nəticəsində yolun kənarındakı ağacın böyük budağı sınaraq Əsmərin başına düşüb. Xəsarət alan qız Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Azyaşlıya boyun fəqərələri və kəllə sümüyü sınığı diaqnozu qoyulub.

Ə. Nəsibova müalicə almaq üçün Bakıda olan xəstəxanaların birinə aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR