Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan müdafiə naziri müvafiq tapşırıqlarını verib.