Prezident Berluskoninin vəfatı ilə bağlı İtaliyaya başsağlığı verib

Prezident Berluskoninin vəfatı ilə bağlı İtaliyaya başsağlığı verib
# 13 iyun 2023 20:15 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Silvio Berluskoninin vəfatı ilə bağlı İtaliya Prezidenti Sercio Matarellaya başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR