Prezident: “Bundan sonra bölgədə gedən işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq”

Prezident: “Bundan sonra bölgədə gedən işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq”
# 20 oktyabr 2022 18:34 (UTC +04:00)

“Bundan sonra bölgədə gedən işlər əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı ilə və izni ilə aparılacaq”.

APA xəbər verir ki, bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, istər siyasi təşəbbüslər, istər iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə Türkiyə və Azərbaycanın işbirliyi artıq regional çərçivədən çıxıb qlobal səviyyəyə qalxıb: “Bir daha əziz qardaşım, bu əziz gündə bizimlə bərabər olduğunuz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə xalqına xoşbəxtlik, sülh, barış arzulamaq istəyirəm. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR