Prezident FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verib

Prezident FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verib
# 15 dekabr 2023 12:28 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Etibar Rəsul oğlu İsmayılova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR