Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan səylərini bundan sonra da uğurla davam etdirəcək

Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan səylərini bundan sonra da uğurla davam etdirəcək
# 31 avqust 2023 11:05 (UTC +04:00)

"Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir".

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova təbrik məktubunda qeyd edib.

“Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - dövlət başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR