Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb
# 11 mart 2024 19:35 (UTC +04:00)

Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR