Prezident İlham Əliyev: “Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb”

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

© APA | Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

# 12 yanvar 2022 19:11 (UTC +04:00)

“Mən 11 ayın yekunları ilə bağlı Azərbaycan xalqına məlumat verdim. İndi bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Nəticələr gözlənilən kimidir. İqtisadi artım 5%-dən çoxdur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu çox gözəl göstəricidir: “Xüsusilə müharibədən çıxmış ölkə üçün. Və ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR