Prezident İlham Əliyev ŞƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ŞƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB
# 08 fevral 2024 14:22 (UTC +04:00)

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.

APA xəbər verir ki, Prezident İlham Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirib.

Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Ölkəmizlə müxtəlif sahələrdə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu deyən Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirib, ölkəmizin, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğulayıb. Bu xüsusda dövlət başçısı prezident seçkilərində qələbə münasibətilə ilk təbrikləri Təşkilata üzv ölkələrdən aldığını qeyd edib. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycanın insaniyyətə və bəşəri inkişafa verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirib. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini qeyd edib.

***

12:59

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR