Prezident: Qoşulmama Hərəkatına sədrliyimiz dövründə təşkilat daxilində çox səmimi ab-hava yaratdıq

Prezident: Qoşulmama Hərəkatına sədrliyimiz dövründə təşkilat daxilində çox səmimi ab-hava yaratdıq
# 14 mart 2024 12:54 (UTC +04:00)

Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq.

APA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlət başçısı deyib: “Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR