Ombudsman DTX-nın istintaq təcridxanasına başçəkmə həyata keçirib

Ombudsman DTX-nın istintaq təcridxanasına başçəkmə həyata keçirib
# 17 avqust 2016 16:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Ombudsmanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birininə hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah olunub.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlama şəraitindən, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə yanaşı, qidalanma, ərzaq və tibbi preparatlarla təminat, habelə tibbi xidmətin vəziyyəti araşdırılıb, bu məqsədlə həmin müəssisənin yeməkxanası, ərzaq anbarı, tibb otağına, eləcə də kitabxanaya və idman zalına baxış keçirilmiş, müəssisədə şəraitin xeyli yaxşılaşdığı, kameraların təmir olunduğu, müasir televizor və radio ilə, həmçinin yay rejiminə keçidlə əlaqədar soyutma-havalandırma sistemi və avadanlıqları ilə təchiz olunduğu müşahidə edilib və saxlanılan şəxslər bundan razılıqlarını bildiriblər.

Yekunda müəssisə rəhbərliyi və tibbi personalla söhbətlər aparılıb, onlara müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR