PTX rəisinin müavini milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupda təmsil olunacaq

PTX rəisinin müavini milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupda təmsil olunacaq
# 29 dekabr 2023 12:58 (UTC +04:00)

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun tərkibi genişləndirilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə yaradılan İşçi Qrupun tərkibinə aşağıdakılar da əlavə edilib:

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

Fərmana əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini isə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini sözləriylə əvəzlənib.

Qeyd edək ki, indiyə kimi işçi qrupun tərkibi aşağıdakı kimi olub:

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR