Obama və Ərdoğan İŞİD-lə mübarizəni müzakirə ediblər

Obama və Ərdoğan  İŞİD-lə mübarizəni müzakirə ediblər
# 27 oktyabr 2016 02:32 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

"Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda hansı səviyyədə iştirakını müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyib. Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb”, məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR