Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qvantse Sulakadze 9 il, Qriqol Kuraşvili və Nika Bumbeişvilinin hər biri 10 il müddətində azadlıqdan məhrum ediliblər. Onlar hökmdən apelyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.
Onlar Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilirlər. Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.