Səbaildə avtomobil yollarının təmiri məqsədilə 350 min manat vəsait ayrılıb - SƏRƏNCAM

Səbaildə avtomobil yollarının təmiri məqsədilə 350 min manat vəsait ayrılıb - SƏRƏNCAM
# 27 dekabr 2023 12:38 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 350,0 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR