Sərhədkeçməyə məhdudiyyət siyahısı il bağlı səlahiyyətli dövlət qurumlarının sayı artırılıb

Sərhədkeçməyə məhdudiyyət siyahısı il bağlı səlahiyyətli dövlət qurumlarının sayı artırılıb
# 29 dekabr 2023 12:59 (UTC +04:00)

Sərhədkeçməyə məhdudiyyət siyahısı il bağlı səlahiyyətli dövlət qurumlarının sayı artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Bu qurumların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə vəzifələri aşağıdakı kimi müəyyənləşib:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti:

- xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

- əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

- Sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

- xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

- əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

- Sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi:

- xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi.

Bu qurumlar Sistem çərçivəsində öz səlahiyyətləri daxilində sorğular verəcək və müvafiq məlumatları alacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR