Gəncədə oğurluq etdiyi evi yandıran şəxs tutulub

Gəncədə oğurluq etdiyi evi yandıran şəxs tutulub
# 16 avqust 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhərində oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 15-nə keçən gecə Gəncə şəhərində yaşayan Mətləb Məmmədovun evindən 1 ədəd noutbuk oğurlanıb və ev qəsdən yandırılıb.


Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İbrahim Xudaverdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR