Göyçay sakinlərinə məxsus 36 baş iri və xırda buynuzlu heyvan oğurlanıb

Göyçay sakinlərinə məxsus 36 baş iri və xırda buynuzlu heyvan oğurlanıb
# 17 avqust 2016 18:10 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda vətəndaşlara məxsus çoxlu sayda iri və xırda buynuzlu heyvanlar oğurlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə , bu günlərdə rayonun Bığır kənd sakinləri Elmira Əzizova, Mehdi Mehdiyev, Füzuli Hacıyev, Mehman Gülüyev, Rafiq Hacıyev və digər vətəndaşlara məxsus 21 baş iri buynuzlu heyvan naməlum şəxslər tərəfindən oğurlanıb. Heyvanlar gündüz vaxtı, yəni mal-qaranın otlaq sahəsindən oğurlanıb.

Həmçinin, eyni vaxtda qonşu Hacalıkənd və Qarabaqqal kəndlərinin sakinlərinə məxsus 16 baş inək və qoyun da naməlum səbəbdən yoxa çıxıb. Vətəndaşlar oğurluq hadisələri ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Heyvanların və onları oğurlayan şəxslərin tapılması üçün polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri hələ ki, nəticəsiz qalıb. Mal-qarası oğurlanan vətəndaşlara ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR