Bakı - APA. Rusiyanın Tümen vilayətində üç avtomobilin toqquşması nəticəsində beş nəfər ölüb, bir nəfər xəsarət alıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Tümen-Xantı-Mansiysk yolunda qeydə alınıb.
"Şkoda", "VAZ-2105" və "Lada Largus" markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb, müxtəlif dərəcəli xəsarətlər alan bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Polisdən bildirilib ki, "Şkoda" ilə toqquşan "VAZ-2105" qarşı yola çıxaraq "Lada Largus"-a çırpılıb .
Faktla bağlı araşdırma aparılır.