Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 24 oktyabr 2016 13:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Oktyabrın 25-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə iki hərrac keçiriləcək.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 10 mln. manatdır.

İstiqrazların tədavül müddəti 364 gündür.

İstiqrazların ödəmə müddəti 24 oktyabr 2017-ci ildir.

Digər hərrac üzrə bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 17 mln. manatdır. Bu istiqrazların tədavül müddəti 182 gün, ödəmə müddəti 4 aprel 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsində anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR