AKP millət vəkili: "Rusiya ilə əməkdaşlığa böyük önəm veririk”

AKP millət vəkili: "Rusiya ilə əməkdaşlığa böyük önəm veririk”
# 09 avqust 2016 12:15 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Türkiyə ilə Rusiya bir-birini görməzdən gələ, qulaq ardına vura bilməz, hər ikisi bölgədə önəmli ölkədir".

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərini şərh edən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Fatma Benli deyib.

F. Benli bildirib ki, iki ölkənin birlikdə hərəkət etməli olduğu məsələlər: "Həm prezidentimiz, həm də hökumətimiz lazımi addımları atdılar. Rusiya ilə əməkdaşlığa çox önəm veririk. İki ölkə əməkdaşlıq etməli, başqa ölkələrdə savaş olmaması, acılar yaşanmaması üçün lazım olan bütün addımları atmalıdırlar. Bizim üçün bundan sonra bu əməkdaşlığın davam etməsi önəmlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR