NİDA-nın həbs edilən üzvünün şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub

NİDA-nın həbs edilən üzvünün şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub
# 16 avqust 2016 15:31 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, apelyasiya şikayətinə avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Prosesə hakim Vaqif Mursaqulov sədrlik edəcək.

 

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.

 

E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR