Kislovodsk meri Qəbələyə səfər edib

Kislovodsk meri Qəbələyə səfər edib
# 02 noyabr 2016 10:28 (UTC +04:00)

Rusiyanın Kislovodsk şəhərinin meri Aleksandr Kurbatovun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqları qəbul edərək onlara rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib. A. Kurbatov qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə edib. O, Kislovodsk və Qəbələ arasındakı oxşar cəhətlərdən söz açaraq bölgədə təbiətin bəxş etdiyi füsunkar gözəlliklərin şahidi olduqlarını deyib. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən danışan A. Kurbatov bunun Kislovodsk və Qəbələ şəhərləri arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini söyləyib.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayon İcra Hakimiyyətinin inzibati binasına baxış keçirib, Qəbələdə fəaliyyət göstərən sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunan inzibati binalar və turizm obyektləri ilə yaxından tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR