Ağ Ev: Obama Filippin prezidenti ilə görüşməyəcək

Ağ Ev: Obama Filippin prezidenti ilə görüşməyəcək
# 06 sentyabr 2016 02:28 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays bəyan edib.

“Prezident Obama Filippin rəhbəri Duterte ilə ikitərəfli görüş keçirməyəcək. Sentyabrın 6-sı, günün ikinci yarısında dövlət başçısı Cənubi Koreyanın prezidenti Pak Kın He ilə danışıqlar aparacaq”, deyə N.Prays bildirib.

Qeyd edək ki, Filippin prezidenti ötən gün Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib.

Bundan əvvəl Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. ABŞ və Filippinin dövlət başçıları Laosda keçiriləcək ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR