Gəncədə əvvəllər 4 dəfə məhkum olunmuş şəxs yenidən tutulub

Gəncədə əvvəllər 4 dəfə məhkum olunmuş şəxs yenidən tutulub
# 02 yanvar 2016 10:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə qanunsuz narkotik vasitə saxlayan şəxs tutulub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, İdarənin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkumluq həyatı yaşamış, 1968-ci il təvəllüdlü Xaliq Cəlalov şübhəli şəxs qismində saxlanılıb.

X. Cəlalovun üzərinə baxış zamanı əynində olan boz gödəkçəsinin sağ yan cibindən sellofana bükülmüş ümumi çəkisi 102 qram olan narkotik vasitə olan tiryək aşkar olunub. Yaşadığı evə baxış zamanı isə oradan ümumi çəkisi 5 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR