Azərbaycan prezidenti Qazaxda avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti Qazaxda avtomobil yolunun açılışında iştirak edib
# 19 oktyabr 2016 07:39 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin Qazax rayonuna səfəri başlayıb.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prezident İlham Əliyevə abidənin ətrafında və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Daha sonra dövləti başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR