Rusiya prezidenti: “Minsk razılaşmasının yerinə yetirilməsi üçün Kiyevə təsir etmək lazımdır”

Rusiya prezidenti: “Minsk razılaşmasının yerinə yetirilməsi üçün Kiyevə təsir etmək lazımdır”
# 12 oktyabr 2016 15:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Donbas nümayəndələri ilə Kiyev hakimiyyəti arasında birbaşa əlaqə hələ də yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunun plenar iclasında çıxışında bildirib.
Rusiya dövlət başçısı siyasi razılıq olmadan Ukraynanın cənub-şərqində vəziyyətin dəyişməyəcəyini söyləyib: “Minsk razılaşmasının yerinə yetirilməsi üçün hər şeydən öncə Kiyevə təsir etmək lazımdır. Əgər kimsə, Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsini həqiqətən istəyirsə, münaqişənin bütün tərəflərinə təsir etməlidir. İlk növbədə də Kiyev hakimiyyətinə. Anlamıram ki, bunu etməyə nə maneə olur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR