İlan zəhəri satan şəxslər tutulub

İlan zəhəri satan şəxslər tutulub
# 12 may 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda ilan zəhəri satan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1540 manata satarkən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR