“Gənclər evi”ndə risk qrupunda olan gənclərə göstəriləcək xidmətlər müəyyənləşib

“Gənclər evi”ndə risk qrupunda olan gənclərə göstəriləcək xidmətlər müəyyənləşib
# 14 iyul 2019 00:36 (UTC +04:00)

“Gənclər evi”nin yaradılmasının əsas məqsədlərindən biri risk qrupunda olan gənclərə ilk xidmətlərin göstərilməsi olacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişikliklər edib.

Beləliklə, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə ilk növbədə aşağıdakı xidmətlər göstəriləcək:

- risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;

- risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;

- risk qrupunda olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi;

- cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;

- “Könüllü fəaliyyət haqqında” qanuna uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;

- risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR