Qida əlavəsinin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Qida əlavəsinin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
# 17 aprel 2018 10:29 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu fakt Urumçi-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18.322 ədəd qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR