Mahmud Vaeizi: “Azərbaycan və İran arasında əlaqələr inkişaf etməkdədir” - FOTO

Mahmud Vaeizi: “Azərbaycan və İran arasında əlaqələr inkişaf etməkdədir” - FOTO
# 03 avqust 2019 23:50 (UTC +04:00)


“Azərbaycan və İran arasında əlaqələr müxərlif sahələrdə inkişaf etməkdədir, iki ölkənin ticarət dövriyyəsi 2 dəfə artıb”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Prezident Aaparatının rəhbəri Mahmud Vaeizi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə deyib.

M.Vaezi gələn həfətə Soçidə keçiriləcək İran, Azərbaycan və Rusiya prezidentlərinin Zirvə toplantısı haqqında danışıb. O, bu görüşün keçirilməsi ilə 3 ölkə arasındakı əməkdaşlığın müxrəlif sahələrdə inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

M.Vaezi bildirib ki, sevindirici haldır ki, hər iki tərəfin eyniadlı Astara dəmir yolu məntəqələrinin birləşməsi və İran ərazisində terminalın yaradılması ilə şimal-cənub dəhlizi üzrə fəaliyyətlər artıb: "Ümid edirəm, dəhliz çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinin təkmilləşməsi, 3 ölkənin elektrik xətlərinin birləşməsi, gömrük əməkdaşlıqlarının artması, ticarət, idman və turizm sahəsində əməkdaşlığın inkişafı ilə 3 ölkə arasında əlaqalər daha da genişlənəcək”.

Aparat rəhbəri görüşdə həmçinin İranın Xəzər dənizində batan "Şəbahəng" gəmisinin ekipajını xilas etdiyi üçün Azərbaycan tərəfə təşəkkürünü bildirib.

Görüşdə Ş.Mustafayev də öz növbəsində Azərbaycan və İran arasında qarşılıqlı əlaqələrin inkişafından məmnun olduğunu bildirib və əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb.

Ş.Mustafayev əlavə edib ki, ötən illə müqayisədə iki ölkə arasındakı əlaqələr iki dəfə artıb. O da vurğulanıb ki, iranlı şirkətlərin Azərbaycanda fəaliyyəti diqqəti cəlb eədcək qədər genişlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR