Çilidə etiraz aksiyaları səbəbindən futbol matçları dayandırılıb

Çilidə etiraz aksiyaları səbəbindən futbol matçları dayandırılıb
# 30 oktyabr 2019 11:41 (UTC +04:00)

Çilidə keçirilən bütün futbol matçları dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə qərarı Çili Futbol Federasiyası verib.

Buna ölkədə baş verən kütləvi narazılıqlar səbəb olub. Qurum ölkədə təşkil olunan bütün yarışların dayandırılmasını zəruri sayıb. Yarışların nə vaxt bərpa olunacağı bəlli deyil.

Qeyd edək ki, etiraz aksiyaları metroda gediş haqlarının qaldırılmasından sonra başlayıb. İki həftədir davam edən hadisələrdə artıq 20 nəfər dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR