Astarada sitrus ağacları kütləvi şəkildə quruyur - VİDEO

Astarada sitrus ağacları kütləvi şəkildə quruyur - VİDEO
# 05 iyul 2019 18:25 (UTC +04:00)

Astarada sitrus ağacları kütləvi şəkildə quruyur.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun sitrus bağlarında ağacların quruması halı yaz aylarından müşahidə olunur. Təsərrüfatlarda əsasən naringi, kinkan ağacları zərər görüb. 15-20 kq bar verən ağacın məhsuldarlığı 10-15 kq aşağı düşüb.

Təsərrüfatçıların sözlərinə görə, ağac çiçək açan vaxt havaların əlverişsiz keçməsi belə bir vəziyyətin yaranmasına səbəb olub.

Məhsuldarlığın aşağı düşməsi, mövsüm vaxtı meyvələrin qiymətinə də təsirsiz ötüşməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR