AZAL: Bir nəfər də olsun işçimiz ixtisar edilməyib, əməkdaşlarımız maaşlarını vaxtında alır

AZAL: Bir nəfər də olsun işçimiz ixtisar edilməyib, əməkdaşlarımız maaşlarını vaxtında alır
# 11 iyun 2020 17:45 (UTC +04:00)

“Prezident İlham Əliyevin Azərbaycan mülki aviasiyasına olan xüsusi diqqətini nəzərə alaraq “Azərbaycan Hava Yolları”na bəlli maliyyə dəstəyi göstərilir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Bu gün çoxsaylı əməkdaşlarımız, o cümlədən yüksək ixtisaslı pilotlarımız, mühəndislərimiz maaşlarını, məvaciblərini vaxtlı-vaxtında alırlar. Başqa ölkələrdəki hava yolları şirkətlərindən fərqli olaraq, biz bir nəfər də olsun işçimizi, mütəxəssisimizi ixtisara salmamışıq”, - deyə AZAL-ın vitse-prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR