Azərbaycan klubları 31 beynəlxalq yoxlama oyunu keçiriblər

Azərbaycan klubları 31 beynəlxalq yoxlama oyunu keçiriblər
# 06 avqust 2019 09:42 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında mövsümlərarası fasilə başa çatmaq üzrədir.

APA-nın məlumatına görə, güclülər dəstəsinin bütün klubları yay fasiləsində beynəlxalq yoxlama oyunlarında qüvvəsini sınayıblar.

“Qarabağ” Avstriyada, “Səbail” Bolqarıstanda toplanış zamanı əcnəbilərlər qüvvəsini sınayıbsa, digər 6 komanda Türkiyədə olub. Həmçinin Küveytin “Əl Samiyə” klubu Bakının qonağı olaraq Premyer Liqa təmsilçiləri ilə iki matça çıxıb.

Ümumilikdə, komandalarımız 31 oyun keçiriblər. Daha bir qarşılaşma əlverişsiz hava şəraiti üzündən yarımçıq qalıb. Bu oyunlardan 29-u ölkə xaricində, 2-si Bakıda keçirilib. Təmsilçilərimiz 11 qələbə qazanıb, 8 heç-heçə edib və 12 dəfə uduzublar. Top fərqi də rəqiblərin xeyrinədir – 40:42.


Azərbaycan Premyer Liqası klublarının mövsümlərarası fasilədəki beynəlxalq yoxlama oyunları

“Qarabağ” – Avstriyada 4 oyun
“Lüdoqorets” (Bolqarıstan) 0:2, “Universitatya Krayova” (Rumıniya) 0:0, “Ufa” (Rusiya) 2:1, “Viktoriya” (Çexiya) 2:2

“Neftçi” – Türkiyədə 2 oyun
“OİK-Xabarovsk” (Rusiya) 3:1, “Politexnika” (İaşi, Rumıniya) 0:0 (hava şəraitinə görə 11-ci dəqiqədə yarımçıq qalıb), “Vorskla” (Ukrayna) 2:3

“Səbail” – Bolqarıstanda 4 oyun
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) 0:1, “Beroe” (Bolqarıstan) 0:4, “Kilinçeri” (Rumıniya) 0:0, “Makedoniya GP” (Makedoniya) 0:1

“Qəbələ” - Türkiyədə 3 oyun
“Mariupol” (Ukrayna) 2:1, “Vorskla” (Ukrayna) 1:3, “Boluspor” (Türkiyə) 2:1

“Zirə” - Türkiyədə 4 oyun
“Konkordiya” (Rumıniya) 0:0, “Adanademirspor” (Türkiyə) 2:3, “Heartland” (Nigeriya) 5:0, “Əl-Vakrah” (Qətər) 1:2

“Sumqayıt” – Türkiyədə 5 oyun
“Petrolul” (Rumıniya) 2:2, “Ahal” (Türkmənistan) 1:0, “Diyarbəkirspor” (Türkiyə) 0:1, “Gənclərbirliyi” (Türkiyə) 1:1, “Akhisar” (Türkiyə) 0:0

“Sabah” – Türkiyədə 4 oyun
“Konkordiya” (Rumıniya) 1:2, “Kemerspor” (Türkiyə) 2:1, “Əl-Şahaniyə” (Qətər) 3:2, “Gənclərbirliyi” (Türkiyə) 2:4

“Keşlə” – Türkiyədə 3 oyun
“Osmanlıspor” (Türkiyə) 0:0, “Rizəspor” (Türkiyə) 0:3, “Batman Petrolspor” (Türkiyə) 2:0

“Əl Samiyə” (Küveyt) – Bakıda 2 oyun
“Səbail” 1:2, “Qəbələ” 0:2

Qarabağ

4

1

2

1

4-5

Neftçi

2

1

0

1

5-4

Səbail

5

1

1

3

2-7

Qəbələ

4

3

0

1

7-5

Zirə

4

1

1

2

8-5

Sumqayıt

5

1

3

1

4-4

Sabah

4

2

0

2

8-9

Keşlə

3

1

1

1

2-3

Cəmi

31

11

8

12

40-42

Qeyd: yarımçıq qalan oyun nəzərə alınmayıb. Komandalar 2018/19 mövsümündəki ardıcıllıqla sıralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR