Nazir: “Pandemiya dövründə dövlət və özəl sektorda iş yerlərinin qorunmasına nail olunub”

Nazir: “Pandemiya dövründə dövlət və özəl sektorda iş yerlərinin qorunmasına nail olunub”
# 22 aprel 2020 13:42 (UTC +04:00)

“Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə videobağlantı formasında keçirilmiş kollegiya iclasında deyib.

Nazir bu ilin əvvəlindən əmək müqavilələrinin sayının 85,4 min artdığını bildirib.

O bu artımın əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib. Yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR