Sahil Babayev: "Avtomatik pensiya təyinatı 13 min insanı əhatə edir"

Sahil Babayev: "Avtomatik pensiya təyinatı 13 min insanı əhatə edir"
# 01 avqust 2019 10:22 (UTC +04:00)

“Ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan edilib və 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edilib”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb.

S. Babayev qeyd edib ki, avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir: “Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər. Bu siyasətin davamı olaraq bu sahədə şəffaflığın və səmərəliliyin təmin edilməsi üçün il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunacaq. Digər avtomatlaşdırma tədbirləri də davam etdiriləcək. O cümlədən müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra cari il üçün 180 min müraciətin tam şəkildə, praktik qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin edilməsi həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR