Azərbaycan və Uels yığmalarının azarkeşləri arasında futbol matçı keçiriləcək

Azərbaycan və Uels yığmalarının azarkeşləri arasında futbol matçı keçiriləcək
# 12 noyabr 2019 16:03 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Uels milli komandalarının azarkeşləri arasında yoldaşlıq görüşü keçiriləcək.

APA-nın məlumatına görə, bu qarşılaşma noyabrın 16-da keçiriləcək seçmə oyunundan bir gün əvvəl təşkil olunacaq.

Matç Bayıldakı “ASCO Arena”da baş tutacaq. Azərbaycan və Uels fanatları arasında noyabrında 15-dəki görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels matçı “Bakcell Arena”da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR