Bakıda itkin düşən 4 nəfər tapılıb

Bakıda itkin düşən 4 nəfər tapılıb
# 13 fevral 2020 09:06 (UTC +04:00)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 30 cinayətin üstü açılıb. Onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR