Güclü külək və yağış Qubanın dağlıq ərazilərinə ziyan vurub

Güclü külək və yağış Qubanın dağlıq ərazilərinə ziyan vurub
# 28 iyun 2019 09:57 (UTC +04:00)

Ötən gün axşam saatlarında Qubanın dağlıq ərazilərinə güclü yağış yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı əsasən rayonun Qonaqkənd, Xaltan və Söhüb kəndləri ərazisinə düşüb.

Güclü selin gətirdiyi axıntı nəticəsində kəndarası yollar bağlanıb. Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, güclü yağış fərdi təsərrüfatlara ziyan vurub. Həmçinin ötən gün axşam saatlarında Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, Qubanın Söhüb kəndinə 22 dəqiqəyə 23 mm yağıntı düşüb. Bu, normadan artıq olmaqla bərabər, xüsusi təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR