Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır

Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır
# 28 oktyabr 2019 16:39 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyində Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması ilə bağlı işlər növbəti mərhələyə qədəm qoyub.

APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə nazirlik tərəfindən dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PricewaterhouseCoopers” (PwC) şirkəti əməkdaşlığa cəlb edilib.

Proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsi və bir sıra ölkələrdə oxşar sistemin tətbiqi ilə bağlı məlumatlar öyrənilərək PwC şirkəti tərəfindən büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlanıb, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən satınalma prosedurlarına başlanılıb və www.tender.gov.az saytında tender elanı yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR