Ərdoğan: "Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək"

Ərdoğan: "Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək"
# 04 fevral 2020 23:39 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon bağlantısı yaradıb.

APA xəbər verir ki, bu barədə “Reuters” Türkiyə liderinin administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə edilmiş silahlı hücum bu ölkədə sülhün bərqərar olması üçün birgə səyləri sarsıdır. Eyni zamanda, Türkiyə lideri Suriyada oxşar hücumlar təkrarlanacağı təqdirdə Ankaranın özünümüdafiə hüququndan istifadə edəcəyini deyib.

İki ölkənin lideri, həmçinin Suriyadakı vəziyyəti və Liviyada atəşkəsin qorunmasının vacibliyini, Berlin konfransının şərtlərinin icra edilməsi yollarını müzakirə ediblər.

“Suriya Ərəb Respublikasındakı vəziyyət hərtərəfli təhlil olunub. İdlibdəki de-eskalasiya bölgəsində vəziyyətin gərginləşməsindən qarşılıqlı narahatlıq ifadə edilib”, - Kremlin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Kreml əlavə edib ki, Putin və Ərdoğan Suriyada koordinasiyanın effektivliyini artırmaq üçün Rusiya və Türkiyənin müdafiə nazirlikləri arasında tədbirlər görmək barədə razılığa gəliblər.

Ərdoğanla söhbətində Putin terrorçu qrupların fəallaşmasına diqqət çəkib, hücumların mülki insanların itkisinə səbəb olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR