Ermənistan hərbi qüvvələri nəzarət etdikləri Ağdam rayonunda yenidən yanğın törədib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, havanın küləkli olması alovun qısa müddətdə onlarla hektar əraziyə yayılmasına səbəb olub.
Eyni zamanda külək alovun istiqamətini rayonun cəbhəyanı kəndlərinə yönəldib. Qoşunların qarşıdurma xəttini keçən alov cəbhəyanı kəndlərə çatıb. Yerli sakinlərin müraciəti əsasında əraziyə yanğından mühafizə briqadası cəlb olunub.