Zaqatalada fərdi yaşayış evində yanğın baş verib

Zaqatalada fərdi yaşayış evində yanğın baş verib
# 28 iyul 2019 08:44 (UTC +04:00)

Zaqatala rayonunun Çobankol kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR