Bakının Yasamal rayonunda gənc oğlanın boğazı kəsilib.
APA xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində qeydə alınıb. 1991-ci il təvəllüdlü Hüseynov Qulaməli Elşad oğlunun boğazını şüşə ilə naməlum şəxs kəsib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi araşdırma aparır.