DSX: Dövlət sərhədində döyüş mövqelərimiz və hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub

DSX: Dövlət sərhədində döyüş mövqelərimiz və hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub
# 28 iyul 2019 10:47 (UTC +04:00)

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR