MBNP: Son 5 ildə Azərbaycanın sığorta bazarı 50% artıb

MBNP: Son 5 ildə Azərbaycanın sığorta bazarı 50% artıb
# 28 iyun 2019 12:51 (UTC +04:00)

Son 5 ildə Azərbaycanda toplanan sığorta haqları və həyata keçirilən ödənişlər 50% artıb.

APA-Economics"in məlumatına görə, bunu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı 9-cu Beynəlxalq Sığorta Forumunda çıxış edən Maliyyə Bazalarına Nəzarət Palatasının (MBNP) Sığorta fəaliyyətinə nəzarət departamentinin rəisi Firdovsi Ağaşirinov deyib.

"Hazırda sığorta yığımlarının payı qeyri-neft ÜDM-ində 1,6%-ə çatıb ki, bu da kifayət qədər artım tempi deməkdir. Qeyri-ÜDM-də isə bu göstərici 0,91%-ə çatıb. Hazırda 1 vətəndaşa düşən sığorta haqqı 73 manat təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2015-ci ildə 46 manat təşkil edib", - deyə F. Ağaşirinov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR