"Səngəçal" Elektrik Stansiyasının 30%-dən çox "itirilmiş" gücü bərpa edilib - VİDEO

"Səngəçal" Elektrik Stansiyasının 30%-dən çox "itirilmiş" gücü bərpa edilib - VİDEO
# 08 may 2020 10:06 (UTC +04:00)

“Azərenerji” ASC Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkə enerji sistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində həyata keçirdiyi təmir-bərpa işlərini yekunlaşdırıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatların isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Nəticədə 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib. Bununla da qoyuluş gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyasının üçdə biri qədər gücü bərpa olunub: “Müqayisə üçün deyək ki, 100 meqavat güc orta hesabla Respublikanın 4-5 rayonunun elektrik enerji tələbatına bərabərdir”.

Qeyd edək ki, “Azərenerji” 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən ümumilikdə 1 000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR