İçərişəhərdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB-1 - FOTO

İçərişəhərdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB-1 - FOTO
# 07 fevral 2020 18:46 (UTC +04:00)

İçərişəhərdə yaşayış binasında baş verən partlayışda yaralanan şəxslərin adları məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, partlayış zamanı evin dəhlizinin tavan hissəsində 3 kv/m sahədə dağıntı əmələ gəlib.

Hadisə nəticəsində ev sahibi 72 yaşlı Vaqif İsmayılov, gəlini Səidə İsmayılova, nəvələri 14 Yaşlı Rəvan və 18 yaşlı Fərid xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Ev sahibinin oğlu Ceyhun İsmayılovun xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb, digər iki nəfər isə stasionar şöbədə müalicə alır. Onların vəziyyətləri stabildir.

***

Saat 18:31

İçərişəhərdə yaşayış binasında baş verən partlayışda bir ailənin 4 üzvü xəsarət alıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, hadisədə 1 ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə aparılıb. 1 nəfərə isə yerində ambulator yardım göstərilib.

***

Saat 17:52

İçərişəhərdə yaşayış binasında partlayış olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən məlumata görə, partlayışda 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 saylı şəhər Xəstəxanasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR